06.05.2016

Şuşa rayonun ümumtəhsil məktəbləri arasında   “Multikulturalizm ili”nə həsr  olunmuş məktəb çempionatı 

4 may  2016-cı  il tarixdə  Şuşa  şəhər  1 nömrəli  tam orta məktəbdə  məktəblər arasında “Multikulturalizm ili”nə həsr  olunmuş intellektual oyunun məktəb çempionatınin  rayon  mərhələsi  keçirilmişdir.

Yarışın keçirilməsi ilə əlaqədar olaraq təhsil şöbəsinin əməkdaşlarından ibarət təşkilat komitəsi yaradılmışdır.

Yarışda 11 məktəbin komandası iştirak etmişdir. Yarışın nəticəsinə əsasən 1 nömrəli  tam orta məktəbin  komandası  birinci yerə, 5 nömrəli  tam orta  məktəbin  komandası ikinci yerə,  7 nömrəli  tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülmüşdür.

Birinci yeri qazanmış 1 nömrəli tam orta məktəbin  komandası  zona  mərhələsində  iştirak etmək  hüququ  qazanmışdır.