24.11.2017

Şuşa məktəbliləri Bülbülün ev muzeyində ekskursiyada olublar

Şuşa rayonunun ümumi təhsil məktəblərinin şagirdləri   Azərbaycan professional vokal sənətinin banisi, ictimai xadim, professor Bülbülün anadan olmasının 120 illiyi ilə əlaqədar olaraq onun ev muzeyində ekskursiyada olublar.

            Muzeyin əməkdaşları şagirdlərə Bülbülün həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Şagirdlər Bülbülə həsr olunmuş eksponatlarla maraqlanıblar.

Sonda Muzeyin rəy kitabına məktəb kollektivləri adından təşəkkür yazılıb.