Eksternat imtahanları keçiriləcək

 

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən vətəndaşlar üçün eksternat qaydasında imtahanlar keçiriləcək.

Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Şuşa Rayon Təhsil Şöbəsinin  06 dekabr 2017-ci il tarixli 73 nömrəli əmrinə əsasən, eksternat imtahanları 09-10 yanvar 2018-ci il tarixlərində Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Qeydiyyat və sənəd qəbulu dekabrın 10-dan 25-dək Şuşa Rayon Təhsil Şöbəsində aparılacaq.

Eksternat imtahanlarında 16 yaşı tamam olmuş şəxslər iştirak edə bilərlər.