28.12.2017

   “Tarixə bir səyahət” adlı bilik yarışı keçirilib

Şuşa rayon 6 nömrəli tam orta məktəbdə “Tarixə bir səyahət” adlı bilik yarışı keçirilib.

Bilik yarışı Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Tədbirdə Şuşa Rayon Təhsil Şöbəsinin əməkdaşları, Şuşa və Xocalı rayon ümumi təhsil məktəbinin tarix müəllimləri iştirak ediblər.

Bilik yarışında üç komanda - Şuşa rayon 6 nömrəli tam orta məktəbin “İntibah”, Quşçular kənd tam orta məktəbin “Difai” və Xocalı şəhər 2 saylı tam orta məktəbin” Napaleon Bonapart” komadaları iştirak ediblər.

Yarışın nəticələri münsiflər heyəti tərəfindən elan edilib və qalib gələn “İntibah” komandasına fəxri fərman təqdim olunub. Yarışda fərqlənən şagirdlərə isə təşəkkürnamə təqdim olunub.