05.01.2018

        “Şuşada voleybolu sevirdilər…” kitabı qalib seçilib

Azərbaycan  İdman  Jurnalistləri  Assosiasiyası (AİJA) çoxillik ənənəsinə sadiq qalaraq, 2017-ci ilin idman laureatlarını mükafatlandırıb.

            Tədbirdə çıxış edən AİJA-nın prezidenti Eldar İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlər barədə məlumat verib.

Sonra qaliblərə mükafatlar təqdim olunub.

“Futbol+” ilin idman qəzet, “CBC Sport” isə telekanallar sırasında fərqlənib.

İlin idman nəşri nominasiyasında  Şuşa  Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru  Əbülqasım Novruzovun müəllifi olduğu “Şuşada voleybolu sevirdilər...” kitabı qalib seçilib.