17.01.2018

Şuşa rayonunun ümumi təhsil məktəblərinin IX siniflərində buraxılış imtahanlarına hazırlıq məqsədilə sınaq imtahanları keçirilib  

Şuşa rayonunun ümumi təhsil məktəblərininin IX sinif şagirdlərinin iştirakı ilə sınaq imtahanları keçirilib.

Sınaq imtahanlarının keçirilməsi üçün Şuşa Rayon Təhsil Şöbəsində əmr verilib, nəzarət və yoxlama komissiyaları yaradılıb.

İmtahan iki mərkəzdə - 1 nömrəli və Xankəndi şəhər 4 nömrəli tam orta məktəblərdə keçirilib.

Şagirdlərə Azərbaycan dili fənnindən 30, riyaziyyat fənnindən 30 sual olmaqla, cəmi 60 qapalı sual təqdim olunub.

İmtahanın nəticələri yekunlaşdırılaraq təhsil şurasında müzakirəyə çıxarılacaq.

 


Açar sözlər: ,