18.01.2018

  Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” və “Yol hərəkəti qaydalarına məktəblilər tərəfindən riayət edilməsinin vəziyyəti” mövzularında tədbir keçirilib  

17 yanvar 2018-ci il tarixdə Yasamal RPİ-nin DYPŞ-nin rəisi polis polkovnik-leytenantı Q.Qələndərov, NMB-nin rəisi polis mayoru A.Süleymanov, 29-cu PB-nin rəisi polis mayoru R.Nağıyev, Yasamal RPİ-nin İc.TŞ-nin YYÇPİTB-nin rəisi polis mayoru N.Nəcəfov və YYÇ işləri üzrə inspektorlar Şuşa şəhər 1 nömrəli tam orta məktəbin IX,  X və XI sinif şagirdləri qarşısında “Narkomaniya ümumbəşəri bəladır” və “Yol hərəkəti qaydalarına məktəblilər tərəfindən riayət edilməsinin vəziyyəti” mövzularında çıxışlar etmiş və şagirdləri maraqlandıran suallara hüquqi cavablar veriblər.