18.01.2018

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr edilən anım tədbiri keçirilib

18 yanvar 2018-ci il tarixdə Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr edilən anım tədbiri keçirilib. Tədbirdə 20 Yanvar şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri-icmanın rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov, millət vəkili Elman Məmmədov, 20 Yanvar hadisəsinin iştirakçıları çıxış ediblər.

Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları ədəbi-bədii kompozisiya ilə tədbiri davam etdiriblər.

 

 


Açar sözlər: