19.01.2018

Şuşa məktəblərində anım tədbirləri keçirilib

Şuşa rayonunun ümumi təhsil məktəblərində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir.

Hüzn günü ilə əlaqədar olaraq yanvarın 19-da rayonun ümumi təhsil məktəblərində ilk dərslər 20 Yanvar hadisələrinə həsr olunub.

20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ərəfəsində rayon məktəblərinin müəllim və şagird kollektivləri  Şəhidlər Xiyabanını ziyarət ediblər.