23.01.2018

Şuşa rayonunun ümumi təhsil məktəblərində “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib

Yanvarın 21-də  “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib.

Şuşa rayonunun ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən müsabiqənin əsas məqsədi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdir.

Müsabiqədə VIII-XI siniflər üzrə bədii əsər oxumağa meyl və maraq göstərən şagirdlər iştirak edib.

Müsabiqənin rayon mərhələsinin qalibi final mərhələsində iştirak etmək hüququ qazanacaq.


Açar sözlər: ,