05.02.2018

Fənn olimpiadalarının rayon mərhələsi keçirilib

Fevralın 4-də Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə fənn olimpiadalarının birinci-rayon mərhələsi keçirilib.

Bilik yarışmasında riyaziyyat fənni üzrə 23 nəfər, fizika  fənni üzrə 4 nəfər, kimya fənni üzrə 6 nəfər, biologiya fənni üzrə 7 nəfər, tarix fənni üzrə 17 nəfər, coğrafiya fənni üzrə 9 nəfər, informatika fənni üzrə 4 nəfər, Azərbaycan dili və ədəbiyyat fənni üzrə 19 nəfər olmaqla 8 fənn üzrə cəmi 89 nəfər şagird iştirak edib.

Cavab kartları yoxlanılmaq üçün Təhsil Nazirliyinə təqdim olunub.

 


Açar sözlər: ,