12.03.2018

Pedaqoji əməkdaşlıq əlaqələri yaradılıb  

Şuşa rayon 1 nömrəli tam orta məktəb ilə Zəngilan rayon 4 nömrəli tam orta məktəb arasında pedaqoji əməkdaşlıq əlaqələri yaradılıb.

Belə ki, Zəngilan rayon 4 nömrəli tam orta məktəbin direktoru Cəbrayıl Şıxəliyev,  bir qrup müəllim və şagirdi məktəbə təşrif buyurublar.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elçin Dadaşov bildirib ki, belə tədbirlərin keçirilməsi fikir və təcrübə mübadiləsi aparılması baxımından mühüm rol oynayır və əməkdaşlıq əlaqələrimizin genişlənməsinə, təhsil sahəsində qarşımıza qoyduğumuz məqsədlərə çatmağımıza şərait yaradır.

Sonda tədbir iştirakçıları öz çıxışlarında dəyərli təkliflərin təcrübəyə tətbiq edilməsinin vacibliyini bildiriblər.

 

 


Açar sözlər: ,  ,  ,  ,