13.03.2018

       “Qarabağ tarixi” mövzusunda dəyirmi masa keçirilib

Martın 12-də Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə tarix müəllimi Nigar Əliyevanın təşkilatçılığı ilə "Qarabağ tarixi" mövzusunda dəyirmi masa keçirilib.

Müəllim Nigar Əliyeva şagirdlərin Qarabağ torpağı və Qarabağ xanlığı ilə əyani tanışlığını təmin etmək üçün hazırladığı slaydları da nümayiş etdirib.

Tədbir şagirdlərin məktəb kitabxanasından əldə etdikləri "Qarabağnamələr" kitabından mütaliə etdikləri məlumatların mübadiləsi ilə davam edib.

Sonda direktor və tarix müəllimi şagirdləri maraqlandıran sualları cavablandırıblar.

 

 


Açar sözlər: ,  ,  ,