22.05.2018

Dərnək üzvlərinin iştirakı ilə tədbir keçirilib

Şuşa rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin iştirakı ilə 6 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkil etdiyi tədbirdə dərnək rəhbərləri, müəllim və şagird kollektivi iştirak edib.

Tədbirdə şagirdlər vətənə aid şeirlər söyləyib, mahnılar səsləndirib.