17.09.2018

İlk dərslər vətənpərvərlik mövzusunda keçilib

Sentyabrın 17-də rayonun ümumi təhsil məktəblərində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzusunda keçilib.

Dərs zamanı müəllimlər şagirdlərə vətənpərvərlik, milli-mənəvi dəyərlər, müstəqilliyimizin simvolu olan Azərbaycan Respublikasının üç rəngli bayrağı, gerbi və himni barədə ətraflı məlumat veriblər.


Açar sözlər: ,  ,  ,