Şuşa rayonunun ümumi təhsil məktəblərində 9 noyabr-Bayraq Günü münasibətilə idman yarışları, rəsm müsabiqələri və ədəbi-bədii kompazisiyalar keçirilib.
Keçirilən tədbirlər Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Şagirdlər tədbirdə mahnılar ifa edib, şeirlər səsləndirib və səhnəciklər nümayiş etdiriblər.