12.11.2018

Təhsil Şöbəsinin əməkdaşları rayonun cəbhə xəttinə yaxın ərazidə yerləşən 21 nömrəli ümumi orta məktəbində olublar

Şuşa  Rayon  Təhsil Şöbəsinin əməkdaşları Ağdam rayonunun Mirzələr qış yatağında yerləşən 21 nömrəli ümumi orta məktəbində olublar.

 Şöbənin əməkdaşları pedaqoji kollektivlə görüş zamanı ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə bir daha söhbətlər aparmış və onlara metodiki köməkliklər göstərmişlər.

Eyni zamanda V və IX  sinif şagirdlərinin oxu vərdişləri, yazı və hesablama bacarıqları yoxlanılıb.

Nəticələri təhsil şurasının növbəti iclasında  müzakirə olunacaq.