12.11.2018

Şuşa rayon 7 nömrəli tam orta məktəbdə 12 Noyabr - Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib.

                Şuşa rayon 7 nömrəli tam orta məktəbdə 12 Noyabr - Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
           Tədbiri giriş sözü ilə açan məktəbin  direktoru Elçin Dadaşov Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik edib, demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ilk Milli Konstitusiyamızın qəbul olunması tarixindən danışıb.

            Sonra söz şagirdlərə verilib. Onlar vətənə, Ulu Öndərə həsr olunmuş şeirlər səsləndiriblər.
 

 

 


Açar sözlər: ,  ,  ,  ,