17.12.2018

“Mən Azərbaycanlıyam” adlı bilik yarışması keçirilib

Şuşa rayon Malıbəyli kənd 1nömrəli tam orta məktəbdə “Mən Azərbaycanlıyam” adlı bilik yarışması keçirilib.

Bilik yarışmasında “Azərbaycan” və “Qarabağ” komandaları mübarizə aparıb.

Azərbaycan dili, ədəbiyyat, tarix və coğrafiya fənlərindən olan sualları şagirdlər ətraflı cavablandırmağa çalışıblar.

Fasilələr zamanı şeir və musiqi nömrələri səsləndirilib.

Yarış “Qarabağ” komandasının  qələbəsi ilə başa  çatıb.

Sonda qalib komanda mükafatlandırılıb.


Açar sözlər: ,  ,  ,  ,