20.12.2018

Açıq dərs keçirilib

Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbdə ibtidai siniflərdə Azərbaycan dili aylığı ilə əlaqədar olaraq  ibtidai sinif müəllimi Gülşən Xudiyevanın  IVc sinfində  Azərbaycan dili fənnindən  “Bir boşqab sıyıq” mövzusunda açıq dərs keçirib.

Dərsdə məktəbin direktoru Günəş Hüseynova, təlim-tərbiyə işləri üzrə direktor müavini Almaz Kərimova və ibtidai sinif müəllimləri iştirak edib.

Əsər şagirdlərə həyatda hər bir zaman yaxşılıq etməyi və onun  qarşılığını gözləməməyi aşılayıb.

Sonda dərsin müzakirəsi aparılıb.

Yeni təlim üsulları ilə keçilən dərs məktəb rəhbərliyi və ibtidai sinif müəllimləri tərəfindən müsbət qiymətləndirilib.


Açar sözlər: ,  ,  ,  ,