21.12.2018

Açıq dərs keçirilib

Şuşa rayon 7 nömrəli tam orta məktəbdə ibtidai siniflərdə Azərbaycan dili aylığı ilə əlaqədar olaraq  ibtidai sinif müəllimi Nəzakət Əlizadənin IV sinfində  Azərbaycan dili fənnindən  “Sözün qüdrəti” mövzusunda açıq dərsi keçirilib.

Açıq dərsdə şagirdlər “Vətən”, “Uğur” və “Zəka” qruplarına bölünərək fəal iştirak edibər.

Dərsdə məktəbin direktoru Elçin Dadaşov, təlim-tərbiyə işləri üzrə direktor müavini Xəyalə Novruzova və ibtidai sinif müəllimləri iştirak edib.

Sonda dərsin müzakirəsi aparılıb.

Yeni təlim üsulları ilə keçilən dərs məktəb rəhbərliyi və ibtidai sinif müəllimləri tərəfindən müsbət qiymətləndirilib.


Açar sözlər: ,  ,  ,  ,