Dekabrn 24-də Şuşa Rayon Təhsil Şöbəsində növbəti şura iclası keçirilib.
İclasda təhsil şöbəsinin əməkdaşları və məktəb direktorları iştirak ediblər.
Şurada rayonun 8 nömrəli ümumi və 9 nömrəli tam orta məktəblərinin V və IX siniflərində şagirdlərin yazma və hesablama vərdişlərinin yoxlanılması məqsədilə ana dili və riyaziyyatdan aparılmış monitorinqin nəticələri, 3, Malıbəyli kənd 1 və Xankəndi şəhər 4 nömrəli tam orta məktəb rəhbərlərinin ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi ilə bağlı hesabatları dinlənilib və cari məsələlər ətraflı müzakirə edilib.