04.01.2019

Açıq dərs keçirilib

Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbdə  ibtidai sinif müəllimi Naciyə Kərimova IVa sinfində  riyaziyyat fənnindən  “Ədədin hissəsinin tapılması” mövzusunda açıq dərs keçirib.

Dərsdə məktəbin direktoru Günəş Hüseynova, təlim-tərbiyə işləri üzrə direktor müavini Almaz Kərimova və ibtidai sinif müəllimləri iştirak edib.

Yeni təlim üsulları ilə keçilən dərs məktəb rəhbərliyi və ibtidai sinif müəllimləri tərəfindən müsbət qiymətləndirilib.


Açar sözlər: ,  ,  ,  ,