15.01.2019

“Riyaziyyat” və “İnformatika” aylığı çərçivəsində “açıq dərs”lər keçirilib

Şuşa Rayon Təhsil Şöbəsi  təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin tədris prosesində yaradıcı fəaliyyətinin səviyyəsinin öyrənilməsi və təbliği məqsədi ilə təşkil etdiyi  riyaziyyat və informatika aylığına start verib.

Bununla əlaqədar olaraq 1 nömrəli tam orta məktəbdə Esmira İsmayılovanın V sinifdə riyaziyyat fənnindən “Onluq kəsrlərin toplanması və çıxılması”, 6 nömrəli tam orta məktəbdə Tamella Fərhadovanın VI sinifdə riyaziyyat fənnindən “İki sonlu çoxluğun fərqi”, 24 nömrəli ümumi orta məktəbdə Yasəmən Mustafazadənin V sinifdə “Onluq kəsrlərin vurulması” və Nərgiz Ağayevanın V sinifdə informatika fənnindən “Slaydlarla iş”, Malıbəyli kənd 1 nömrəli tam orta məktəbdə isə Aynur Səmədzadənin VII sinfində  informatika fənnindən “Təqdimatın nümayişi” mövzularında "açıq dərs"ləri keçirilib.

Keçirilən “açıq dərs”lər məktəb rəhbərliyi tərəfindən müzakirə edilərək qiymətləndirilib.


Açar sözlər: ,  ,  ,  ,