16.01.2019

Məktəbdaxili qiymətləndirmə qaydaları ilə bağlı görüş keçirilib

Yanvarın 15-də Şuşa Rayon Təhsil Şöbəsində  məktəb rəhbərləri  və təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin iştirakı ilə görüş keçirilib.

Görüşdə “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın tətbiqi ilə bağlı ətraflı məlumat verilib.

Görüşdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.


Açar sözlər: