24.01.2019

Şuşa rayonunun ümumi təhsil məktəblərinin IX siniflərində buraxılış imtahanlarına hazırlıq məqsədilə sınaq imtahanları keçirilib

Şuşa rayonunun ümumi təhsil məktəblərininin IX sinif şagirdlərinin iştirakı ilə sınaq imtahanları keçirilib.

Sınaq imtahanlarının keçirilməsi üçün Şuşa Rayon Təhsil Şöbəsində əmr verilib, nəzarət və yoxlama komissiyaları yaradılıb.

İmtahan iki mərkəzdə -1 nömrəli və Malıbəyli kənd 1 nömrəli tam orta məktəblərdə keçirilib.

Suallar həm açıq tipli, həm də qapalı formada tərtib olunub.

İmtahanın nəticələri yekunlaşdırılaraq təhsil şurasında müzakirəyə çıxarılacaq.


Açar sözlər: ,  ,  ,