04.02.2019

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

Fevralın 3-də Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə fənn olimpiadalarının rayon mərhələsi keçirilib.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadalarının rayon mərhələsində Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənləri üzrə sualların cavablandırılması üçün şagirdlərə 3 saat vaxt ayrılıb.

Cavab kartları yoxlanılmaq üçün Təhsil Nazirliyinə təqdim olunub.