06.02.2019

   “Uşaq  əməyinin  istismarına  qarşı  çıxaq”  mövzusunda  konfrans  keçirilib

              Şuşa   şəhər  1 nömrəli  tam  orta  məktəbdə  Yasamal  rayon  5 saylı region üzrə Dövlət  Əmək  Müfəttişliyinin  əməkdaşlarının  iştirakı  ilə “Uşaq  əməyinin  istismarına  qarşı  çıxaq”  mövzusunda  konfrans  keçirilib.

               Konfransda    yuxarı   sinif   şagirdləri , valideynlər  və  müəllimlər  iştirak  edib.

            Tədbirdə  çıxış  edənlər   uşaq   əməyinin   istismarı   hallarının qarşısının alınması  istiqamətində  Dövlət  Əmək  Müfəttişliyi  Xidmətinin  aidiyyəti qurumlarla  əməkdaşlıq  şəraitində  həyata  keçirdiyi   tədbirlərdən, onların   müsbət  nəticələri   haqqında  şagirdlərə ətraflı məlumatlar veriblər.

            Konfrans  iştirakçıların  suallarının  cavablandırılması  ilə davam edib  və onlara  müvafiq  mövzuda  maarifləndirici  bukletlər  təqdim  olunub.


Açar sözlər: ,  ,  ,  ,