07.02.2019

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun  doğum gününə həsr edilmiş tədbir keçirilib

Şuşa rayon 9 nömrəli tam orta  məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun  doğum gününə həsr edilmiş tədbir keçirilib.

Çıxış edənlər tədbirin məqsəd və məramını açıqlamış, Milli Qəhrəmanın həyatı barədə danışıb və şagirdlərə tövsiyələrini veriblər.

Şagirdlər qəhrəmana həsr olunmuş şeirlər, hekayələr söyləmiş, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.


Açar sözlər: ,  ,  ,  ,