15.02.2019

“Sağlam gələcək üçün erkən nigaha yox deyək” mövzusunda tədbir keçirilib

Malıbəyli kənd 1 nömrəli tam orta məktəbdə Şuşa rayon Məşğulluq Mərkəzinin direktoru  Vəsilə Xəlilovanın   rəhbərliyi ilə “Sağlam  gələcək üçün  erkən  nigaha yox deyək”  adlı tədbir keçirilib.

Tədbir iştirakçıları azyaşlı qızların məcburi   nigaha  cəlb olunmasının   törətdiyi  fəsadlar barədə yeniyetmələrə  və onların valideynlərinə  ətraflı məlumat veriblər.

Sonda mövzu ilə bağlı şagirdlərə bukletlər paylanılıb.


Açar sözlər: ,  ,