11.03.2019

“Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.

Sabunçu rayonu, Ramana 450 qəsəbəsində  “Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu”  mövzusunda tədbir keçirilib.

Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin   ictimai-siyasi  və   humanitar   məsələlər şöbəsinin  müdir müavini-dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva, Dini Qurumlarla İş  üzrə  Dövlət Komitəsinin  Bakı şəhəri üzrə  şöbəsinin əməkdaşları Aslan Sultanov və Orxan Məmmədli , Şuşa rayon Gənclər və İdman  idarəsinin   rəisi Nadir Bayramov, Şuşa rayonunun Axundu Mirabdullah Həsənli, eləcə də Şuşa rayon Malıbəyli kənd 1 və Xankəndi şəhər  4 nömrəli tam orta məktəbin  X, XI sinif şagirdləri və həmin məktəblərin   “Həyat bilgisi” fənnini  tədris edən müəllimlər, psixoloqlar, Uşaq Birliyi Təşkilatlarının rəhbərləri də iştirak ediblər.

Şuşa rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə milli-mənəvi dəyərlərin və tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində Ümummilli lider Heydər Əliyevin ardıcıl və məqsədyönlü siyasətini uğurla davam etdirməsindən danışıb.

Dini radikaizmlə mübarizədə maarifləndirmə işinin təşkilinə xüsusi önəm verilməsinin vacibliyini vurğulayan Aslan Sultanov isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” və “Şəhadət” filminin gənclərin maarifləndirilməsi, xalqımızın igid oğullarının örnək həyatının nümunə olması, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi,  ölkəmizdə radikalizmlə mübarizədə təbliğat vasitəsi kimi böyük təsir gücündən danışıb.

Tədbir iştirakçıları dini radikalizmi yaradan səbəblər, onunla mübarizənin üsulları, bu cür maarifləndirici tədbirlərin yeniyetmə və gənclərin həyatında mühüm əhəmiyyət daşıdığını bir daha qeyd ediblər.


Açar sözlər: