12.04.2019

“Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib

Aprelin 11-də Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə Milli Qəhrəman Edilov Yelmar Şahmar oğlunun anım gününə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.

Məktəbin direktoru Elmira Əliyeva Yelmar Edilov haqqında geniş məlumat verib və 11 aprel 1994 cü ildə "Çərik" yaşayış məntəqəsi uğrunda gedən döyüşdə qəhrəmanlıqla həlak olmasından ətraflı danışıb.

Məktəbin şagirdləri tədbirdə fəal iştirak ediblər.

Tədbir “Bayrağımız Şuşada, Cıdır düzündə dalğalansın!” arzuları ilə yekunlaşdırılıb.


Açar sözlər: ,  ,  ,  ,