18.04.2019

“Ana dili varlığımızdır” adlı tədbir keçirilib

Şuşa şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Cahangirovanın təşkilatçılığı ilə “Ana dili varlığımızdır” adlı tədbir keçirilib.

Keçirilən tədbirdə təhsil şöbəsinin əməkdaşları, məktəbin direktoru Nigar Eyvazova, müəllim və şagird kollektivi, həmçinin  valideynlər də iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.

Şagirdlər öz ifalarında hazırladıqları çıxışları, şeir və səhnəcikləri təqdim ediblər.


Açar sözlər: ,  ,  ,  ,