13.06.2019

Təhsil şöbəsində növbəti şura iclası keçirilib

İyunun 12-də Şuşa Rayon Təhsil Şöbəsində növbəti şura iclası keçirilib.

İclasda təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərləri və rayonun ümumtəhsil məktəblərinin IX siniflərində Ana dili, riyaziyyat və İngilis dili fənnlərindən dərs aparan müəllimlər  iştirak ediblər.

Şurada rayonun Bakı şəhəri və ətraf qəsəbələrində fəaliyyət göstərən məktəblərin IX siniflərində son 2 il və cari ildə keçirilmiş buraxılış imtahanlarının, təhsil şöbəsi tərəfindən rayonun  2, 6, 7, 8, 10, 11, 12, 17 və 20 nömrəli məktəblərində aparılmış monitorinqin nəticələri,  21, 24 nömrəli ümumi  və Quşçular  kənd tam orta məktəb  rəhbərlərinin  ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi vəziyyəti və cari məsələlər ətraflı müzakirə edilib.

Eyni zamanda iclasda respublika fənn olimpiadalarının final mərhələsində riyaziyyat fənni üzrə  “Qızıl medal” a  layiq görülmüş    Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Quliyev Vüqar Əli oğlu təhsil şöbəsi tərəfindən “Fəxri Fərman” və qiymətli hədiyyə ilə mükafatlandırılıb.


Açar sözlər: