14.06.2019

IV sinif şagirdlərinin buraxılış gecəsi keçirilib

11 nömrəli tam orta məktəbdə IV sinif şagirdlərinin ibtidai təhsili bitirmələri münasibətilə buraxılış gecəsi keçirilib.

Tədbiri giriş sözü ilə sinif rəhbəri Dilbər Əliyeva  açaraq bütün tədbir iştirakçılarını salamlayıb, sonra isə söz günün səbəbkarlarına verilib.

Şagirdlər bu vaxtadək qazandıqları bilik və bacarıqları nümayiş etdirərək şeirlər söyləmiş, hazırladıqları səhnəciklər və rəqsləri nümayiş etdiriblər.

Onların hər bir çıxışı böyük rəğbətlə qarşılanıb.


Açar sözlər: ,  ,  ,  ,