06.09.2019

Təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri keçirilib

Sentyabrın 6-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər, Abşeron, Şuşa, Qubadlı və Zəngilan rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri keçirilib.

Sentyabr konfransının plenar müşavirəsində təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Teymur Səmədov, təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və praktik psixoloqlar iştirak ediblər.

Konfrans müzakirələrlə davam etdirilib, hər üç rayonun təhsil içilərini maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: