09.09.2019

Şura iclası keçirilib

Şuşa Rayon Təhsil Şöbəsində şura iclası keçirilib.

İclasda təhsil şöbəsinin əməkdaşları və məktəb direktorları iştirak ediblər.

Şurada 2019-2020-ci  dərs ili üçün təhsil şurasının və metodkabinetin fəaliyyət  planının təsdiqi, ümumi təhsil məktəblərinin XI sinif məzunlarının 2019-cu  ildə ali məktəbə qəbulunun nəticələri, 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli, F-18 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və əlavə tədbirlər haqqında əmrinin icrası və cari məsələlər ətraflı müzakirə edilib.


Açar sözlər: