02.10.2019

Şuşa rayonunun ümumi təhsil məktəblərində məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb

Oktyabrın 1-də Şuşa Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərində  məktəbəhazırlıq qruplarında 2019-2020-ci tədris ili üzrə ilk məşğələlərə start verilib.

Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.