07.10.2019

“Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

Şuşa rayon 7 nömrəli tam orta məktəbdə  VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib.

Məktəbin psixoloqu Qönçə Şəfiyeva tərəfindən keçirilən maarifləndirici tədbirin əsas məqsədi yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması olub.

Şagirdlərə  mövzu il bağlı videoçarxlar nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,