10.10.2019

"Coğrafiyada vətənpərvərlik və inteqrativlik" mövzusunda tədbir keçirilib

Şuşa rayon 10 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi  Zərifə İbrahimovanın təşkilatçılığı ilə "Coğrafiyada vətənpərvərlik və inteqrativlik" mövzusunda tədbir keçirilib.

Tədbirdə fəxri qonaq qismində ikiqat Dünya, yeddiqat Avropa cempionu, Əməkdar idman ustası, 2015-ci il Avropa Oyunlarının çempionu, Qarabağ əlili və qazisi İlham Zəkiyev, Şuşa Rayon Təhsil Şöbəsinin əməkdaşı Ceyhun Məmiyev, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbirin məqsədi şagirdlərə coğrafiyanın digər elmlərlə nə dərəcədə əlaqəli olduğunu  göstərmək, coğrafiya elminə onların marağını daha da artırmaq olub.

Zərifə İbrahimova şagirdləri ilə birgə sinifdə İlham Zəkiyev guşəsi yaratmış və VI sinfi onun şərəfinə "İlham Zəkiyev sinfi” adlandırıb.

İlham Zəkiyev  öz xatirə medalını VI sinfin kollektivinə təqdim edib.

Tədbirdə "Bir elmin sirri", “Dərvişin Yerin inkişaf tarixinə səyahəti”, “Turistlərin Azərbaycanın Coğrafiya muzeyinə səyahəti”, “Dədə Qorqud filmindən bir fraqment” adlı səhnəciklər və sonda “Azərbaycan” adlı kompazisiya nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,  ,