25.10.2019

Şuşa Rayon Təhsil Şöbəsinin əməkdaşları tərəfindən monitorinq keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30 avqust 2019-cu il tarixli F-531 nömrəli əmrinə müvafiq olaraq Şuşa Rayon Təhsil Şöbəsinin əməkdaşları tərəfindən rayonun 3 nömrəli tam orta məktəbinin  IV, IX və XI siniflərində şagirdlərin xarici dil bacarıqlarının proqram tələblərinə uyğunluğunun, eləcə də fənn müəllimlərinin elmi-nəzəri və metodiki cəhətdən peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yoxlanılıb.

Eyni zamanda şöbənin əməkdaşları tərəfindən məktəbin müəllim və şagirdlərinin  İKT bacarıqları yoxlanılıb və nəticələrə əsaslanaraq öz tövsiyə və təkliflərini veriblər.