28.10.2019

”Mənim hüquqlarım mənim qalxanımdır” adlı tədbir keçirilib

Şuşa rayon 7 nömrəli tam orta məktəbdə psixoloq Qönçə Şəfiyevanın təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində şagirdlərin iştirakı ilə ”Mənim hüquqlarım mənim qalxanımdır” adlı tədbir keçirilib.

Tədbirdə şagirdlərə insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib və uşaqların çoxsaylı sualları ətraflı cavablandırılıb.

Sonda tədbirlə bağlı videoçarx nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,