01.11.2019

“Yol hərəkəti qaydalarının ən yaxşı bilicisi” müsabiqəsi keçirilib

Şuşa rayon 7 nömrəli tam orta məktəbdə rayonun ümumi təhsil məktəb şagirdlərinin iştirakı ilə  “Yol hərəkəti qaydalarının ən yaxşı bilicisi” müsabiqəsi keçirilib.

Müsabiqədə təhsil şöbəsinin əməkdaşları və Şuşa rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi, polis mayoru İlqar Hümbətov iştirak edib.

Şuşa rayonunun ümumi təhsil məktəblərinin şagirdlərindən ibarət 13 komanda mübarizə aparıb və I yerə 7 nömrəli məktəbin “Sürücülər” komandası, II yerə 1 nömrəli  məktəbin “Sayrışan işıqlar” komandası və III yerə isə 8 nömrəli məktəbin “Radar” komandası qalib gələrək  diplomla təltif olunublar.