04.11.2019

“Uşaq hüquqları aylığı” ilə əlaqədar tədbirlər keçirilib

Şuşa rayonun 3, 6, 7, 8, 9, 10, 12, 15, 24 və Malıbəyli kənd 1 nömrəli məktəbləribdə “Uşaq hüquqları aylığı” ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlərdə şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verilib.

20 oktyabr-20 noyabr tarixlərinin əhatə edən aylıq çərçivəsində uşaq hüquqları mövzusunda tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.


Açar sözlər: ,  ,  ,  ,