05.11.2019

Narkomaniyaya qarşı tədbirlər keçirilib

Şuşa rayonunun 9, 24 və Malıbəyli kənd 1 nömrəli məktəblərində narkomaniyaya qarşı tədbirlər keçirilib.

Tədbir iştirakçıları  narkomaniyanın zərərli vərdişləri, bu bəlanın qlobal miqyasda cavanlaşması, onun acınacaqlı, faciəli nəticələri haqqında geniş məlumat veriblər.

 Mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilib və şagirdləri maraqlandıran suallara ətraflı cavablar verilib.


Açar sözlər: ,  ,  ,