06.11.2019

9 noyabr “Bayraq Günü” münasibətilə rayon tədbiri keçirilib

Şuşa rayon Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə 9 noyabr “Bayraq Günü” ilə əlaqədar “Bir kərə ucalan bayraq bir daha enməz” adlı rayon tədbiri keçirilib.

 Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva, Milli Məclisin deputatı Flora Qasımova, QHT sədrləri Xatirə Vəliyeva, Nəsimi Qarabağlı, Səriyyə Səfərova,Təhsil Problemləri İnstitunun əməkdaşı İlham Hüseynov, Şuşa şəhər Kommunal Müəssisələri Kombinatının rəisi Pərviz Əhmədov və Milli Məclis vəkilinin köməkçisi Səbuhi Səmədov iştirak ediblər.

Şagirdlər tədbirdə mahnılar ifa edib, şeirlər səsləndirib və səhnəciklər nümayiş etdiriblər.

Sonda xatirə şəkilləri çəkdirilib.


Açar sözlər: ,  ,  ,  ,  ,