07.11.2019

“Uşaq hüquqları aylığı” ilə əlaqədar tədbir keçirilib

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə  Südabə Hacıyevanın rəhbərlik etdiyi 2b sinfində “Uşaq hüquqları aylığı” ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verilib.

20 oktyabr-20 noyabr tarixlərinin əhatə edən aylıq çərçivəsində uşaq hüquqları mövzusunda tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.


Açar sözlər: ,  ,  ,  ,