08.11.2019

Məktəblilər arasında futbol yarışı keçirilib

Şuşa rayonunun ümumi təhsil məktəblərində “Bayraq günü” və “Konstitusiya günü”nə həsr olunmuş tədbirlər keçirilməkdədir.

Belə tədbirlərdən biri Şuşa Rayon Təhsil Şöbəsi və Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə 07 noyabr 2019-cu il tarixdə futbol yarışının  keçirilməsi olub.

Şuşa rayonunun ümumi təhsil məktəblərinin şagirdlərindən ibarət 11 komanda mübarizə aparıb.

Yarışda 7 nömrəli məktəbin komandası I yerə, 6 nömrəli məktəbin komandası II yerə və 10 nömrəli məktəbin komandası isə III yeri tutmuşdur. Komandalar müxtəlif mükafatlarla təltif olunubllar.


Açar sözlər: ,  ,  ,  ,