13.11.2019

Konstitusiya gününə həsr olunmuş tədbirlər keçirilib

Şuşa rayonun ümumi təhsil məktəblərində 12 Noyabr-Konstitusiya gününə həsr olunmuş tədbirlər keçirilib.

Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
           Tədbirdə çıxış edənlər Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik edib, demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ilk Milli Konstitusiyamızın qəbul olunması tarixindən danışıb.

            Sonra söz şagirdlərə verilib. Onlar vətənə, Ulu Öndərə həsr olunmuş şeirlər səsləndiriblər.


Açar sözlər: ,  ,  ,