13.11.2019

“Ölkəmizi tanıyaq” layihəsində iştirak edən məktəblilərlə görüş keçirilib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan "Ölkəmizi tanıyaq" devizi ilə onların respublikanın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyası çərçivəsində Şuşa rayonundan olan təhsildə, idmanda və oxuduqları tədris müəssisəsinin ictimai həyatında fərqlənən 20 nəfər məktəblidən ibarət qrup, onların valideynləri, Şuşa Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorları və rayon ictimaiyyətinin nümayəndələrinin Şuşa rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərovla görüşü keçirilib.

 Cənab Bayram Səfərov iştirakçıları salamlayaraq şagirdlərə gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb.

Onlara hədiyyələr təqdim edərək uğurlar arzulayıb.


Açar sözlər: ,